!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya hərbi təcavüz Rusiya iqtisadiyyatını çökdürüb – Hökumətdən ETİRAF

!Reklam – Yazi

Rusiyanın Baş naziri son 11 ayda Ümumi Daxili Məhsulun (ÜDM) əhəmiyyətli dərəcədə azaldığını bildirib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin bu barədə Nazirər Kabinetinin iclasında danışıb.

Onun sözlərinə görə, 2022-ci ilin geridə qalan 11 ayı ərzində Rusiyada ÜDM-in 2 faiz azaldığı qeydə alınıb.

Mişustin onu da iddia edib ki, Qərb analitiklərinin Rusiya iqtisadiyyatında dərin böhran yaşanacağına dair proqnozları özünü doğrultmayıb.

Baş nazir qeyd edib ki, ÜDM-in azalması fonunda iqtisadiyyatın bəzi sahələrində “irəliləyiş” baş verib.

Lakin “Bloomberg”in bu mövzuda fikirlərini öyrəndiyi mütəxəssislər Rusiyada 2022-ci ildə iqtisadi geriləmənin azı 3,5 faiz təşkil edəcəyini deyiblər.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv