!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynaya hərbi yardım göstərilməsi onilliklər boyunca davam edəcək” – Almaniyalı general

!Reklam – Yazi

Almaniyada Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynanın bu onilliyin sonu və ondan sonra da dəstəyə ehtiyacının olacağı bildirilir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi nəzdində Ukrayna ilə əlaqədar yaradılmış Xüsusi Qərargahın rəhbəri, general-mayor Kristian Froydinq “Stuttgarter Zeitung” və “Stuttgarter Nachrichten” nəşrlərinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, Yaxın Şərqdə müharibənin başlaması ilə Almaniyanın mövqeyində dəyişiklik baş verməyəcək:

“Bizim üçün aydın olan budur ki, İsraili müdafiə etdiyimiz kimi, Ukraynanı da dəstəkləyirik”.

Ancaq Froydinq əlavə edib ki, Ukrayna və İsrail savaşlarında başlanğıc situasiyalar bir-birindən xeyli fərqlənir:

“Ukrayna ordusu hələ indi-indi modernləşdirilir. İsrail ordusu isə çox yaxşı təchiz olunub və onun yüksək döyüş hazırlığı müharibəni istənilən müddətə qədər davam etdirməyə imkan verir. Eyni zamanda, Ukrayna və İsrailin iqtisadi imkanları, həmçinin orada davam edən savaşın təbiəti də fərqlidir”.

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv