!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya müdaxilə HAZIRLIĞI: “Lukaşenko Belarusda “Vaqner”in analoqunu yaradır” – İDDİA

!Reklam – Yazi

Belarusda Rusiyaya məxsus “Vaqner” özəl hərbi şirkətinə bənzər qüvvələrin yaradıldığı bildirilir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın müdafiə və milli təhlükəsizlik üzrə birləşmiş keçid hökumətinin təmsilçisi Valeri Saxaşik danışıb.

Onun sözlərinə görə, bu istiqamətdə hazırlıqlar və kadrların komplektləşdirilməsinə bir neçə ay əvvəl başlanılıb.

Saxaşik bildirib ki, Belarusda “Vaqner”in analoqu sıralarında bir neçə min “döyüşçü”nü birləşdirən “QardServis” özəl mühafizə müəssisəsinin bazasında yaradılır.

Müxalifət təmsilçisi əlavə edib ki, şirkətin şəxsi heyəti ölkənin bir neçı poliqonunda fəal surətdə döyüş əməliyyatlarında iştirak təlimlərinə cəlb olunublar:

“Bilindiyi qədər, “QardServis”in əməkdaşlarına təlimləri xüsusi təyinatlı qüvvələrin 5-ci briqadasının zabitləri keçirir”.

Saxaşik qeyd edib ki, bu hazırlıq Belarusun Ukraynaya hərbi müdaxiləsi planının tərkib hissəsi olaraq həyata keçirilir.

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv