!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya raket hücumları: Kritik infrastrukturlar zədələnib

!Reklam – Yazi

Səhər saatlarında Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrində həyata keçirdiyi raket hücumları nəticəsində əsasən enerji infrastrukturları zədələnib.

Yenicag.az Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiyanın raket zərbələri nəticəsində Dnepr Su Elektrik Stansiyasının enerji infrastrukturu ciddi zədə alıb.

Elektrik stansiyasına hücum nəticəsində baş verən partlayışın şiddətindən ətrafdakı binaların pəncərə və qapıları zədələnib.

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko öz “Telegram” hesabında etdiyi paylaşımda enerji infrastrukturunun səhər saatlarında şəhərə edilən hücumlar nəticəsində zədələndiyini bildirərək, “Elektrik mütəxəssisləri Kiyevdə təxminən 350 min mənzili elektrik enerjisi ilə təmin edən elektrik stansiyasının zədələnməsindən sonra elektrik enerjisinin verilməsini bərpa etmək üzərində işləyirlər” deyib.

Yerli bələdiyyə rəsmilərinin verdiyi açıqlamalara görə, Rusiyanın raket hücumları əsasən Ukraynanın Xarkov, Kirovoqrad, Çerkassı və Vinnitsa vilayətlərindəki enerji infrastrukturlarına həyata keçirilib.

Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini Kirilo Timoşenko “Telegram” vasitəsi ilə bildirib ki, bu gün səhər saatlarında Rusiya qüvvələri tərəfindən Ukrayna ərazisinə 50-dən çox raket atılıb. Onlardan 44-ü Ukrayna qüvvələri tərəfindən məhv edilib. Timoşenko raketlərin Xəzər dənizi və Rusiyanın Rostov vilayətlərindən atıldığını iddia edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya qüvvələrinin ölkəsinə qarşı həyata keçirdiyi hücumlara reaksiya verib. Kuleba “Twitter”dəki paylaşımında Rusiyanın Ukraynadakı mülki şəxslərə və xüsusi hədəflərə hücum etdiyini deyərək, “Rusiya raketləri Ukraynanın kritik infrastrukturunu vurdu. Rusiya döyüş meydanında vuruşmaq əvəzinə dinc əhaliyə qarşı vuruşur”, – deyə qeyd edib.

Yerli KİV-in məlumatına görə, partlayış səsləri Lvov və Odessa şəhərlərində də eşidilib.

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv