!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya yardım üçün “SIXILAN ƏLLƏR”: “İki ölkənin veto qoymasına baxmayaraq...”

!Reklam – Yazi

“Ukraynanın indi ortada qaldığı bir dönəmdə Rusiyanın tədricən gücləndiyi müşahidə olunur”.

Bu fikirləri Qərbin Ukraynaya maddi yardımları azaltması fonunda müharibənin inkişaf ssenarisi və ABŞ-nin atacağı addımları dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Avropa İttifaqı öz təhlükəsizliyini nəzərə alaraq Ukraynaya yardımlarını davam etdirəcək:

“Müharibənin başladığı ilk vaxtlarda Ukrayna ilə Rusiya arasında danışıqların baş tutması üçün Türkiyənin daxil olduğu format müəyyənləşmişdi. Bu çərçivədə İstanbul və Antalyada Ukrayna-Rusiya danışıqları keçirildi. Həmin görüşlərdə tərəflərin ortaq məxrəcə gələ bilmələri üçün müəyyən zəmin də yaranmışdı.

Ancaq daha sonra bu proses pozuldu. O zaman Türkiyənin xarici işlər naziri də bəyanat vermişdi ki, təşkil olunan danışıqların davamında sülhün əldə edilməsi mümkün idi. İndi müəyyən oldu ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukrayna rəhbərliyi görüşündən sonra həmin danışıqlar dayandırılıb.

HƏMAS-İsrail savaşının başlaması ilə Ukrayna müharibəsi dünya gündəmində ikinci plana keçib. Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar partiyasının namizədinin məğlub olacağı proqnozlaşdırır. Əgər bu gözləntilər doğrulsa və respublikaçılar hakimiyyətə gəlsə, bununla da müharibənin taleyi həll olunacaq.

Ukrayna böyük dəyişikliyin astanasındadır. Digər tərəfdən, Avropa İttifaqı Ukraynaya 50 milyard avro məbləğində yeni yardım ayırılması ilə bağlı açıqlama verir. Ancaq Ukraynaya o məbləğdə yardım ayrılmasına Avstriya və Macarıstan veto qoymuşdu. Bununla belə, o ölkələr Ukraynanın Avropa İttifaqına üzv olmasına veto qoymadılar. Avropa İttifaqı yəqin ki 50 milyardı Ukraynaya verəcək, buna yol axtarırlar.

Çünki Avropa İttifaqı da müharibənin davam etməsini istəyir. Onlar qorxur ki, Rusiya bu savaşdan güclü çıxacaq. Fakt budur ki, Ukraynanın indi ortada qaldığı bir dönəmdə Rusiyanın tədricən gücləndiyi müşahidə olunur. Dünyadakı bu gərgin vəziyyətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması çox yaxşı olardı”.

Səxavət Məmməd

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv