!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ulduz futbolçunun mafia ilə əlaqəsi üzə çıxdı

!Reklam – Yazi

İspaniya millisinin sabiq qapıçısı Pepe Reynanın Napoli mafiyası ilə əlaqələri üzə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

O, bu səbəbdən “Napoli”nin sabiq futbolçuları Paolo Kannavaro və Salvatore Aronika ilə birlikdə ifadə vermək üçün məhkəməyə çağrılıb.

Qeyd edək ki, Pepe Reynanın əlaqəsi olduğu iddia edilən “Kamorra” kriminal qruplaşmasıdır. Sözügedən mafia qrupu İtaliyanın Napoli şəhəri ilə yanaşı, dünyanın bir sıra ölkələrində fəaliyyət göstərir. Qruplaşmanın fəaliyyəti qaçaqmalçılıq və narkotik biznesindən ibarətdir. Bir vaxtlar dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın da sözügedən qruplaşma ilə əlaqəsi olub.

Xatırladaq ki, Reyna 2015-ci ildən “Napoli” klubunda çıxış edir.

 

www.yenicag.az

1678
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv