!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ulu Öndərə olan sevginin təcəssümü

!Reklam – Yazi

Hər bir dövrdə, hər bir millət öz dahisini, qəhrəmanını, gələcək nəsillər üçün yaşatmaqdan ötrü, onun əbədiləşməsi üçün müəyyən işlər görür. Həmin dahi haqqında kitablar yazılır, filmlər çəkilir, küçələrə, parklara onun adı verilir, heykəli, barelyefi qoyulur. Başqa dövlətin əziz qəhrəmanı və dahisini oz ölkəsində hər kim əbədiləşdirirsə, bu ancaq o liderə olan sevginin, sayqının, həmin dövlətə qarşı olan dost münasibətinin təcəssümüdür.

Bu günlərdə, 21 iyun 2022-ci il tarixində, Azərbaycan dövlətinin Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı cənab İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfəri etdi. Əsrin bəlası Covid-19 pandemiyasından sonrakı dövrdə, Özbəkistan Respublikasına ilk dövlət səfəri edən məhz bizim Prezidentimiz olmuşdur.

Hamımıza məlumdur ki, Azərbaycan dövləti və xalqı 15 Iyun tarixini hər il “Qurtuluş Günü” adıyla bayram edir. Məhz bu gündə Ulu Öndər Heydər Əliyev cənabları, yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti və xalqını sonu görünməyən bəlalardan xilas etdi. Xalq öz dövlətinin və özünün qurtuluşunu, məhz Heydər Əliyevdə tapdığı üçün həmin bu tarix “Qurtuluş Günü” adlanır. Bu tarix 1997-ci ildən qeyd olunan bayrama, 1998-ci il ildən isə bu bayrama Dövlət statusu verilmişdir. Elə bu bayram münasibəti ilə Özbəkistan Respublikasında gözəl park, küçə və meydana Ümummilli Liderimiz Heydər Əliyevin adı verilmiş və həmin o meydanda bizim millətə və dövlətə məxsus olan Dahinin barelyefi qoyulmuşdur. Bu bütünlükdə Özbəkistan xalqının və dövlətinin Azərbaycana olan qardaşlıq simvoludur. Bu park, bu küçə, bu meydan hələ uzun illər Özbəkistan xalqı tərəfindən bizim Dahi Liderimizin anılmağına vəsilə olacaq.

Heydər Əliyev cənabları 20-ci və 21-ci əsrin tarixinə düşmüş Dahi şəxsiyyətdir! O şəxsiyyət ki, keçmiş Sovet tarixində də, öz mərdliyi, biliyi, savadı və zəkası ilə bir cox liderlərdən fərqlənib. Belə ki, Sovetlər dönəmində Ulu Öndər, özbək xalqına böyük hörmət və sevgi ilə yanaşırdı. 1970-ci illərdə Şərəf Rəşidoviç Rəşidovla dostluğu, 1990-cı illərdə isə İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqımıza məlum idi. Elə buna görədir ki, Özbəkistan xalqı Azərbaycanın mərd oğlunu unutmur.

Sevindirici haldır ki, bu gün Azərbaycan və Özbəkistan öz siyasi kursuna və gücünə güvənən müstəqil dövlətlərdir. Azərbaycan dövlətinin hər zaman siyasətini dəstəkləyən, Beynəlxalq hüququnu tanıyan dövlətlərdən biri də Özbəkistandır. 44 günlük 2-ci Qarabağ müharibəsinin bizim tərəfimizdən zəfər çalınmasının sevincini, bu gün qardaş ölkə olan Özbəkistan da yaşayır. Bunu bizim Prezidentimizin dövlət səfəri zamanı televiziya vasitəsi ilə görüntülərinə baxarkən, meydanda Ulu Öndərin barelyefinin açılışı tədbirində iştirak edən özbək xalqının nümayəndələrinin xoş simalarında olan səmimi təbəssümlərindən görmək olur. Özbəkistan hökuməti tərəfindən qardaşlıq rəmzi olacaq, hər zaman Azərbaycanın yürütdüyü siyasətə dəstək məqsədi ilə bu hökumət işğaldan azad olunmuş Füzuli şəhərində, hədiyyə olaraq, orta məktəb inşa edəcəkdir. Artıq tikinti işlərinə başlanılıb. Bu məktəb növbəti tədris ilinə 2 dövlət arasında qardaşlıq rəmzi olacaqdır.

İllər, fəsillər keçir. Dövranı zaman əvəzləyir. Ulu Öndərin işıqlı sabaha aparan ideyaları müasir və qüdrətli Azərbaycana sanki bir mayak olur. Bu Dahi Liderin çıxışlarında özündən sonra gələn nəsillərə inamı, bir cümləsində bütün gələcəyi simvolizə edir. “Mənim edə bilmədiklərimi, mənim davamçılarım edəcəkdir!”.

Suraxanı rayonu, Əmircan
Bələdiyyəsinin sədri Cəmilə Ağayeva

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv