!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ülvi Qılınc LAĞA QOYDU: “Şou-biznes yox, şou-ferma”

!Reklam – Yazi

“Bizdə şounun biznesi yoxdur. Yalnız kafe-restoran biznesi var”.

Bunu müğənni Ülvi Qılınc Yenicag.az-a açıqlamasında deyib.

O, Azərbaycan şou-biznesini kinayə ilə “şou-ferma” adlanıdırıb və şou-biznesin “diva”ları ilə bağlı qalmaqallı fikirlər səsləndirib:

“Bizdə şounun biznesi yoxdur. Yalnız kafe-restoran biznesi var. Bu gün efirə baxıram, oxumağa çalışan, amma oxuya bilməyən bir müğənninin olmayan sənətindən və hətta sənətinin zirvəsindən danışırlar. O hansı sənət və hansı zirvədir, heç kim bilmir?! onu bir bizə də göstərsəydilər yaxşı olardı. Düz deyirlər, zirvə deyəndə yəqin kafe-restoranın damından söhbət gedir. Kimlərin xətrinə dəysə də, dəyməsə də öz fikrimdə qalıram. Yəni bizim bu “şou-ferma”nın içində göstəriləsi heç nə yoxdur. Bəli, məhz “şou-ferma”…

Göydən enərək ipi də it xaltası kimi keçirib yerdə sürünürlər – bunlar hamısı olmuş hadisələrdir. Sənətə yenilik gətirə bilmirlər.

Gəlin Avropada səhnəyə çıxaq, görək orada kim oxuya bilər? Birinin adını çəkə bilərəm- vokalçılardan Teymur Əmrah. Azərbaycanda dünyaya çıxarılası üç-dörd sənətçi var. Rusların bir sözü var, özün-özünü tərifləməsən, səni heç kim tərifləməyəcək. Biri elə özüm, hara istəsələr çıxım, oxuyum, səs, sənət göstərim. Görsünlər oxumaq necə olur.

Azərbaycanda tez-tez diva söhbəti gedir. O deyir, filankəs divadır, bu deyir, mən divayam. Azərbaycanda diva Fatma Muxtarova olub. Azərbaycanın ilk Karmeni. Avropa teatrlarında onun “Karmen”i Azərbaycana dünya şöhrəti gətirib. Bəziləri deyəcək ki, Ülvi bizə paxıllıq edir. Xeyr, olanı deyirəm. Azərbaycanın pop musiqisində divalar Xalq artisti Qərinə Kərimova, Fidan, Xuraman Qasımova bacıları, Əzizə Mustafazadədir”.

Cəvahir

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv