!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ülviyyədən DOĞUM GÜNÜ ETİRAFI: “Sevildiyini hiss etməkdən gözəl nə ola bilər?”

!Reklam – Yazi

“Bəzən insanlar əlində olanın dəyərini bilmir, daha çox şey istəyirlər. Amma insanın canının sağlığı, doğmalarının sağlam, xoşbəxt və sənin yanında olmasından böyük hədiyyə ola bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında doğum günü olan tanınmış aktrisa Ülviyyə Əliyeva təəssüratlarını bölüşərkən deyib.

Aktrisa sevdiyi və aldığı hədiyyələrdən də danışıb:

“Doğum günümə artıq gecə saat 12-dən sonra start verilir. Valideynlərim, baldızlarım, yaxın qohumlarım təbrik edir. Sevildiyini hiss etmək, gözəl dualar eşitmək, bundan gözəl nə ola bilər?

Rəqəmlərin mənim üçün heç bir fərqi yoxdur. Şükür edirəm ki, bu yaşa sağlam, doğmalarımın əhatəsində gəlib çatmışam. Sevdiyim həyat yoldaşım yanımdadır. Axşam özüm-özümə hesabat verdim geridə qoyduğum bir il ərzində çox iş görmüşəm və özümlə qürur duyuram.

Bəzən insanlar əlində olanın dəyərini bilmir, daha çox şey istəyirlər. Amma insanın canının sağlığı, doğmalarının sağlam və xoşbəxt və sənin yanında olmasından böyük hədiyyə ola bilməz.

Dünyanın ən bahalı hədiyysini sənə bağışlasalar da, əgər sevdiklərin yanında deiylsə, doğmalarından kimsə xəstədirsə, gözündə o hədiyyə dəyərsiz görünəcək.

Təmtərağı heç vaxt sevmirəm. Uşaqlıqda doğum günlərimi o qədər təmtəraqla qeyd ediblər ki, təmtəraqdan qaçıram. Ümumiyətlə, doğum günlərimi qeyd etməyi sevmirəm.

Səhnə adamıyam və mənim üçün ən xoşbəxt ad günüm səhnədə keçən gündür. Bu gün də doğum günümü səhnədə keçirirəm – “Melissa” tamaşasının premyerasıdır. Çox sevdiyim tamaşadır, çünki aktrisa olaraq bütün potensialımı ortaya qoya bilirəm”.

Cəvahir

www.yenicag.az

860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv