!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ümid” SİD İB yeni layihənin icrasına başladı

!Reklam – Yazi

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsinin icrasına başlayır.

“Ümid” SİD İB-nin İnformasiya yayım xidmətindən Yenicag.az-a bildirilib ki, layihənin əsas ideyası yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən uzaq olmalarına və cəmiyyət üçün sağlam gənclərin yetişdirilməsinə töhfə vermək hədəfi üzərində qurulmuşdur.

Layihə məcburi köçkün ailələrinin kompakt yaşadığı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-1”,  “Qobu Park-2”  və “Qobu Park-3” yaşayış komplekslərində 4 ay müddətində (01 fevral- 01 iyun) həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi məcburi köçkün icmalarında yaşayan yeniyetmə və gəncləri maarifləndirməklə  zərərli vərdişlərin artma dinamikasını azaltmaq, narkomaniya və onun törətdiyi dəhşətli xəstəliklər barədə gənclərə müəyyən bilgilər verməklə onların sağlam həyat tərzini seçmələrinə dəstək verməkdir.

Layihə çərçivəsində hədəf ərzidə ilkin araşdırmalar aparılacaq, fokus qruplarla (valideynlər, gənclər, müəllimlər, QHT rəhbərləri və s.) 4 görüş keçiriləcəkdir. Növbəti mərhələdə isə sağlam həyat tərzi və narkomaniya ilə bağlı 16 maarifləndirici təlim təşkil ediləcək, mövzu ilə bağlı 1000 ədəd buklet hazırlanaraq ərazidə yaşayan məcburi köçkün icmasının üzvlərinə (valideynlər, müəllimlər, yeniyetmələr, gənclər və s.) paylanılacaqdır.

Layihə fəaliyyətləri nəticəsində hədəf ərazidə yaşayan 240 nəfər məcburi köçkün yeniyetmə və gənclərinin sağlam həyat tərzi və narkomaniya ilə bağlı bilikləri 30% artırılacaqdır. Təlimlərdə iştirak edəcək ərazidə yaşayan məcburi köçkün yeniyetmə və ya gəncləri təlimlərdən sonra tütündən istifadəni 5-10% azaldacaqlar. Layihədən ümumilikdə 940 nəfər (birbaşa 240 nəfər, dolayı 700 nəfər) faydalanacaqdır.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv