!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ümid verən Rusiya-Türkiyə anlaşması: "Taxıl ixracının dayanıqlılığını təmin etmək məqsədilə..."

!Reklam – Yazi

“Son dövrlər ərzində sazişin müddətinin bitməsi və yenilənməməsi tədarüklə bağlı problemləri yenidən qabartdı”.

Bu sözləri Rusiya ilə Türkiyənin bir milyon ton taxıl tədarükü ilə bağlı prinsipial razılığıa gəlməsini şərh edən iqtisadçı Aslan Əzimzadə Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, bu gün faktiki olaraq inkişaf etməkdə olan ölkələrin müəyyən taxıl problemləri var və bunun da qarşısı ixraca hazır olan məhsulun tədarük edilməsi ilə həll edilə bilər:

“Rusiya-Ukrayna müharibəsi çərçivəsində həm Rusiya, həm də Ukraynada olan taxılın dünya bazarlarına, o cümlədən Yaxın Şərq və Şimali Afrika ölkələrinə ixracıyla bağlı müəyyən problemlər yaşanmışdır. Növbəti mərhələlərdə isə, “Taxıl sazişi”nin formalaşması ilə sözügedən məhsulun həmin ölkələrə tədarükü məsələlərini müəyyən qədər asanlaşmışdır. Lakin son dövrlər ərzində sazişin müddətinin bitməsi və yenilənməməsi tədarüklə bağlı problemləri yenidən qabartdı. Türkiyənin vasitəçiliyi ilə adı çəkilən ölkələrə ixracla əlaqəli prinsipial razılığa gəlinməsi ərzaq təhlükəsizliyi məsələlərini müəyyən mənada təmin edəcək. Amma qeyd etmək lazımdır ki, burada vasitəçi kimi Türkiyə ilə paralel olaraq digər ölkələrin də iştirakı olmalıdır və birmənalı olaraq həm Ukrayna, həm də Rusiya taxılının dünya bazarlarına tədarükü üçün ciddi strategiya hazırlanmalıdır. Çünki bu gün faktiki olaraq inkişaf etməkdə olan ölkələrin müəyyən taxıl problemləri mövcuddur ki, bunun da qarşısı yalnız ixraca hazır olan məhsulun bu şəkildə tədarük edilməsi ilə həll edilə bilər. Digər tərəfdən, təbii ki, burada Rusiyanın növbəti mərhələlərdə taxıl ixracının dayanıqlılığını təmin etmək məqsədilə müəyyən şərtləri olacaqdır. Belə ki, bu cür şərtlər gübrə ixracı, qaz borularının təhlükəsizliyinin təmin edilməsi və digər bu kimi şərtlər ola bilər. Şərtlərin təmin edilməməsi fonunda “Taxıl sazişi” dayanıqlı formatda davam etməyəcəkdir”.

Yusif Səmədzadə

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv