Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ümrə ziyarətinə icazə verildi - ŞƏRTLƏR

Ramazan ayından etibarən COVID-19-a qarşı peyvənd olunmuş, yaxud koronavirusa yoluxaraq sağalmış müsəlmanlara Ümrə ziyarətinə icazə veriləcək.

Yenicag.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin COVID-19-la bağlı yaydığı yeni açıqlamasında bildirilib.

Məlumata görə, bu şərtlərə uyğun gələn zəvvarlar Məkkəyə qəbul ediləcək və ibadətlərini gerçəkləşdirə biləcəklər. Qeyd edilən şərtlər Mədinədə Məhəmməd peyğəmbərin məscidinə ziyarətlərə şamil olunur.

Bildirilib ki, Səudiyyə Ərəbistanında 5 milyondan çox insan pevənd olunub. Krallıq üzrə 587 vaksinasiya mərkəzi fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının 34 milyonluq əhalisi var. Son məlumata əsasən, ölkə üzrə koronavirusdan 6 697 nəfər ölüb, 392 682 nəfər yoluxub. Koronavirusdan sağalan pasiyentlərin sayı 379 816-ya çatıb.

Loading...

www.yenicag.az

163
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100