!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ümrə ziyarətinin tarixi açıqlandı

!Reklam – Yazi

Azərbaycandan olan bir qrup zəvvarın Ümrə ziyarətinə (kiçik Həcc) qeydiyyatı başlayıb.

Yenicag.az xəbər verir ki, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar ayı ərzində Azərbaycandan daha bir qrup zəvvar Ümrəyə yollanacaq:

“Yanvarın 6-13-ni əhatə edəcək səfər üçün sənədlərin toplanılmasına başlanılıb. Bir qrupda təxminən 25 nəfərin olmasına üstünlük verilir. Səudiyyə Ərəbistanının tələbinə əsasən, ziyarətçilər mütləq koronavirus əleyhinə üç doza vaksin (iki doza “Sinovak”, 1 doza “Pfizer”) vurdurmalıdırlar. Yalnız üç doza vaksin sertifikatı olan şəxslər səfərdə iştirak edə bilərlər”.

B.Nəcəfov bildirib ki, indiyədək üçə yaxın belə ziyarət həyata keçirilib:

“Hər həftənin cümə axşamları AZAL-ın təşkil etdiyi reyslərlə uçuşlar icra olunur. Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləğinə gəlincə, bu rəqəm 1100-1500 dollar civarında dəyişir”.

Qeyd edək ki, Ümrə ziyarəti üçgünlük Mədinə, beşgünlük Məkkə ziyarəti ilə yekunlaşır. Ümumilikdə ziyarət 9 gün çəkir. QMİ ziyarətə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşamaq icazəsi olan əcnəbiləri göndərir.

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv