!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Umud Mirzəyev: Tərtərdə baş verən mina partlayışı terrordur

!Reklam – Yazi

Tərtərdə baş verən mina partlayışı terrordur, bunun başqa adı yoxdur.

Yenicag.az xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev deyib.

“Terror davam edir və ötən gün növbəti faciəni yaşadıq. Məhz bu ərazilərdə son 10 gündə bu artıq 3-cü faciədir ki, yaşayırıq, 2 vətəndaşımız ayaqlarını itirib, 3 nəfər isə dünən həyatını itirib. Hazırda dayandığımız bu məkan çoxlu sayda ən müxtəlif növ minalarla döşənib. Erməni vandalları bu ərazilərin hər qarışını minalayıb, piyada əleyhinə minalar, kassetli minalar döşənib. Elə olur ki, 1 kvadrat metr ərazidən 10-15 mina təmizlənir. Erməni terroruna son qoyulmalıdır.

Ən pisi də odur ki, hazırda Laçın dəhlizində NBM qurmağımızı beynəlxalq ictimaiyyətə başqa cür təqdim etməyə çalışırlar. Mən burada dünyanın supergüc dövlətlərinə səslənirəm ki, bu terrora son qoyulmalıdır. Qarabağ probleminə son qoyulmalıdır, orada məskunlaşan bir qrup terrora dəstək dayandırılmalıdır. Qarabağın sərvətlərini talayan, uzun illər torpaqlarımızdan narkotik ticarəti üçün istifadə etmiş terrorçu qüvvələr həmin bu problemləri yaradıblar. Mən dünyanın aparıcı təşkilatlarına səslənirəm ki, Azərbaycana dəstək olsunlar. Dünən baş verən hadisəyə gəlincə isə, Böyük Britaniyanın “RPS Energy Ltd” şirkətinin çalışdığı podratçı qurumun üç əməkdaşı minaya düşərək həyatını itirib.

Qeyd edim ki, ANAMA Gəncədən başlayaraq bu ərazilərə qədər 11 min hektardan artıq ərazini minalardan təmizləyib. Biz hər gün əməkdaşlarımızla söhbətlər apararaq təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələrini tapşırırıq. Dünən həlak olanlar da təcrübəli əməkdaşlar idi, lakin hadisənin baş vermə səbəbləri hazırda prokurorluq tərəfindən araşdırılır. Biz hər birimiz 44 günlük müharibədə olduğu kimi bir olmalıyıq və hər kəsi mina təhlükəsindən qorunmağa səsləməliyik. Buradan ermənilərin qurduğu Ohanyan səddi keçir və buna görə də maksimum ehtiyatlı olmaq lazımdır”.

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv