!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirildi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günündə Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himnimiz səsləndirilib.

Gənc əsgərlər Azərbaycanın mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.

Tədbirdə çıxış edən zabit, əsgər və valideynlər şəxsi heyətə vətənpərvər, yenilməz, mübariz, Vətənə, dövlətə və öz Ali Baş Komandanına sadiq olmağı, əcdadların hərbi ənənələrini layiqincə davam etdirməyi arzulayıblar.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov Zəfər və Dövlət Bayrağı Günləri, həmçinin andiçmə mərasimi münasibətilə şəxsi heyəti təbrik edib.

Bildirilib ki, Azərbaycan xalqı bu il Dövlət Bayrağı Gününü tamam başqa əhval-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Çünki xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda, ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanır.

General-mayor Rəhim Cəfərov çıxışının sonunda hərbi andı qəbul edən əsgərlərə xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq şərəfli xidmətlərində uğurlar arzulayıb.

Şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə mərasim başa çatıb.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv