!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Universitetlər qərarı TƏRS OXUYUR: Tələbələrdən qanunsuz VAKSİN TƏLƏBİ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən koronavirus əleyhinə peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” sabahdan – fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Yenicag.az xəbər verir ki, NK qərarında dəqiq olaraq pryvəndin 2-ci dozasının üzərindən 6 ay vaxt keçmə şərti qoyulub. Lakin Azərbaycan universitetlərinin əksəriyyətində tələbələrə sabaha qədər peyvənd olunma şərti qoyulub.

Belə ki, tələbələr qarşısında qoyulan şərtdə açıq şəkildə bildirilir ki, ikinci doza vaksinin üzərindən keçən vaxtdan asılı olmayaraq hər kəs “buster” doza ilə peyvənd olunmalıdır. Əks təqdirdə, tyələbələrin universitet ərazisinə buraxılmayacaqları qeyd edilir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB yanvarın 26-da vətəndaşlara müraciət edərək yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” doza ilə peyvəndləməyə çağırmışdı. Lakin bu, çağırış idi. Qurumlarıən çağırışını qanun kimi qəbul eədn universitetlər isə açıq şəkildə tələbələrin hüquqlarını pozurlar.

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv