!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Universitetlərdə dövlət imtahanlarının LƏĞVİ: “Yüksək ixtisaslı kadrlar yetişdirmək istəyiriksə...”

!Reklam – Yazi

“Belə bir qərarın qəbulu tələbələri semestr imtahanlarında daha yaxşı nəticələr əldə etməyə yönəldəcək”.

Bu fikirləri ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğv olunmasını müsbət hal kimi qiymətləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumi diplom işinin yazılması və praktik təcrübə vacib olan ixtisaslarda dövlət imtahanı, yaxud diplom müdafiəsi keçirirlə bilər:

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il ali təhsil müəssisələrini bitirən tələbələr dövlət imtahanı verməyəcək. Başqa sözlə, 2020-ci ildə universitetə qəbul olan tələbələrin 70-75 faizi dövlət imtahanında iştirak etməyəcək. Onlar diplomlarını smestrlər ərzində əldə etdikləri ümumi ortalama göstərici əsasında alacaqlar.

Lakin ümumi diplom işinin yazılması və praktik təcrübə vacib olan ixtisaslarda dövlət imtahanı, yaxud diplom müdafiəsi keçirilə bilər. Düşünürəm ki, dövlət imtahanlarının ləğvi müsbət haldır. Onsuz da tələbələrə dörd il ərzində hər semestr ümumi bilik və bacarıqları götürdükləri kreditlər üzrə yoxlanılıb müəyyən qiymətlər yazılırdı. Belə bir qərarın qəbulu tələbələri semestr imtahanlarında daha yaxşı nəticələr əldə etməyə yönəldəcək.

Fikrimcə, dövlət imtahanının ləğvi semestr imtahanlarının çətinlik səviyyəsinə də təsir göstərəcək. Hər zaman bildiririk ki, universitetə qəbul asanlaşmalıdırsa, bunun qarşılığı olaraq, ali təhsil müəssisəsini bitirmək çətinləşməlidir. Biz cəmiyyət üçün yararlı, yüksək ixtisaslı kadrlar yetişdirmək istəyiriksə, imtahanların çətinləşməsi təbii ki gözləniləndir”.

İsmayıl Bakuvi

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv