!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Universitetlərdə lazımsız FƏNN YÜKÜ: “Bu anlayışı dəyişməyin vaxtı çatıb...”

!Reklam – Yazi

“Azərbaycanda ali təhsil müəssisələri ümumi mahiyyəti, strukturu, formalaşması, təhsil müddəti baxımından sovet dövründən qalan təhsil ənənələrini indi də davam etdirir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan təhsil müəssisələrində təhsil müddətinin azaldılması və təhsilin tələbələrin üzərinə düşən lüzumsuz yükdən danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, “Azərbaycanda universitetlər haqqında anlayışı dəyişməyin vaxtı çatıb:

“Azərbaycanda universitetə yanaşmanı dəyişməyin vaxtı çatıb. Azərbaycanda ali təhsil müəssisələri ümumi mahiyyəti, strukturu, formalaşması, təhsil müddəti baxımından sovet dövründən qalan təhsil ənənələrini indi də davam etdirir. Lakin müasir dünyada universitet modelləri dəyişib. Düzdür, dünyanın bir çox ölkələrində təhsil müddəti 4-5 il olan universitetlər olsa da, hazırda bir çox ali məktəbdə təhsil müddəti 3 ilə endirilib. Təbii ki, bu, ixtisas məsələsidir.

Ekspertin fikrincə, universitet əmək bazarı üçün ixtisaslaşma istiqamətində kadr hazırlamalıdır:

“Müəyyən ixtisaslar var ki, onların təhsil müddətinin azaldılmasına qəti ehtiyac yoxdur. Universitet ixtisas istiqamətində əmək bazarına kadr hazırlamalıdır. Kadr hazırlanması prosesi sırf əmək bazarının faktiki tələblərinə görə müəyyənləşməlidir. Tələb-təklif prosesi müddətində hansı predmet, fənn gərəklidirsə, tələbələrə həmin fənlər keçirilməlidir. Mexanizm belə çalışmalıdır. Bizdə isə bu mexanizmə ümumiyyətlə əməl edilmir. Bu baxımdan tələbələrin ali təhsildə lazımsız fənn yükü barədə olan iradlarını haqlı hesab etmək olar”.

Mütəxəssis əlavə edib ki, ali təhsildə milli fikrin formalaşmasına kömək edən Azərbaycan dili və tarixi kimi elmlər qorunmalıdır:

“Azərbaycanda bir çox ixtisasda təhsil müddəti izafidir, yəni artıqdır. Bəzi fənlər ümumiyyətlə lazımsızdır. Lazımsız dedikdə, söhbət hər hansı bir fənni aşağılamaqdan getmir. Əsas olan məsələ əmək bazarında bu ixtisasda həmin fənnin keçərliliyi düsturudur. Bəzən biz belə fikirlər səsləndirən zaman sanki həmin fənləri aşağılayırıq kimi bir anlayış ortaya çıxır. Lakin bu, əsla belə deyil. Həmin fənlər özlüyündə hər hansı bir elm sahəsi, başqa predmetin məhsulu olaraq vacibdir. Məsələn, sırf milli, ideoloji düşüncənin fərdlərdə formalaşması üçün Azərbaycan dili, tarixi kimi fənlərin saxlanılması daha vacib ola bilər. Lakin digərlərində isə mütləq mənada çıxdaş olunmalıdır. Dediyim kimi, bu gün bir ixtisasda hər hansı fənnin vacibliyi onun əmək bazarında keçərliliyi qədərdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv