!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Universitetlərə qəbul imtahanlarında göstərilən YÜKSƏK NƏTİCƏ: "Onlar perspektivli ixtisaslara deyil, əmək bazarında o qədər də..."

!Reklam – Yazi

“Yüksək bal toplayanların çoxluğu prestijli və perspektivli ixtisaslarda müsabiqə vəziyyətini gərginləşdirəcək”.

Bu fikirləri ali təhsil müəssisələrinə qəbul şansları və abituriyentlərin diqqət etməsi lazım olan məqamlar barədə danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il mart ayının 3-ü və 10-da keçirlən buraxılış imtahanlarından sonra maksimum bal toplayanların sayının kifayət qədər çox olması həm abituriyent, həm müəllim, həm də valideynlər arasında ciddi ajiotaj yaradıb:

“Toplanan ballar Azərbaycanın müstəqilliyi tarxində qarşılaşılmayan bir nəticə oldu. Belə ki, 53 nəfərin maksimum 300 bal toplaması indiyə qədərki ən yüksək nəticə idi. Bu il imtahanda iştirak edənlərin sayında da ciddi artım var. Ali məktəblərə qəbul olmaq istəyənlərin sayı 85 min nəfərdən çoxdur. Bu da keçən illə müqayisədə kifayət qədər çoxdur. Abituriyentlər narahat olmamalıdırlar. Ona görə ki ali təhsil müəssisələrinə qəbulda plan yerinin 60 minə çatması gözlənilir. Keçən il bu rəqəm 55 mindən bir qədər çox idi. Həmçinin Qarabağ və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayına öz təsirini göstərir. Hesab edirəm ki, abituriyentlər müəyyən qədər narahat da olmalıdırlar. Çünki yüksək bal toplayanların çoxluğu prestijli və perspektivli ixtisaslarda müsabiqə vəziyyətini gərginləşdirəcək”.

Mütəxəssis əlavə edib ki, abituriyentlər mayın sonunda keçiriləcək blok imtahanlarına daha ciddi hazırlaşmalıdırlar:

“Aparılan təhlillər onu göstərir ki, 200 baldan yuxarı bal toplayan bütün abituriyentlərin universitetə qəbul olmaq şansı var. Lakin onlar perspektivli ixtisaslara deyil, əmək bazarında o qədər də ehtiyac olmayan ixtisaslara qəbul olacaqlar. Hesab edirəm ki, abituryentlər mayın sonunda keçiriləcək blok imtahanlarına daha ciddi hazırlaşmalıdırlar. Buraxılış imtahanında topladıqları bal çox olsa da, müsabiqə şərti ciddi şəkildə artıracaq. Fikrimcə, bu istiqamətdə daha diqqətli olmalıdırlar. Çünki onların blok imtahanlarında topladığı bal universitetə qəbul olma müqəddaratını həll edəcək. Əgər blok imtahanı da buraxılış imtahanı səviyyəsində olsa, düşünürəm ki, müsaqibə şərti də ciddi rəqabət yaradacaq. Xüsusilə birinci ixtisas qrupunda İT yönümlü, ikinci ixtisas qrupunda maliyyə, üçüncüdə hüquqşünaslıq, dördüncüdə tibb ixtisaslarına qəbulun gərgin keçəcəyi gözləniləndir”.

İsmayıl Bakuvi

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv