!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Universitetlərin Bakıdan kənara KÖÇÜRÜLMƏSİ: “Tələbə şəhərciyi hektarlarla ərazi tələb edən...”

!Reklam – Yazi

“Kampus sistemi yüksək səviyyədə qurulsa və tələbələrin tələblərinə cavab verən müəssisələrlə təmin edilsə, universitetlərin köçürülməsinin heç bir mənfi təsiri ola bilməz”.

Bu fikirləri bir sıra universitetlərin Bakıdan kənara köçürülməsinin əhəmiyyəti haqda danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, universitetlərin mərkəzdən kənara köçürülməsi sadəcə, paytaxtdakı tıxaclarla əlaqələndirilməməlidir:

“Artıq iki həftədir ki, universitetlərin mərkəzdən kənara köçürülməsi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Biz universitetlərin köçürülməsi ilə bağlı danışanda, yalnız bunu əsasən paytaxtdakı tıxacla əlaqələndiririk və belə düşünülür ki, onların köçürülməsi tıxacın qarşısını alacaq. Lakin bu belə deyil.

İlk növbədə onu qeyd edim ki, paytaxtda universitetlərin sayı elə də çox deyil. Həmin universitetlərin tələbələrinin sayı da ümumilikdə heç 100 minə çatmır. Universitetlərin sıx olduğu cəmi 3 rayon var: Yasamal, Nəsimi və Səbail. Ancaq Bakıda ən çox sıxlığın olduğu ərazi Binəqədi rayonudur.

Universitetlərin mərkəzdən kənara köçürülməsi ona görə müsbət olar ki, istənilən ali məktəb bu gün modern yataqxana sisteminə malik olmalıdır. Paytaxtın mərkəzində isə bunu təşkil etmək mümkün deyil. Çünki kampus özlüyündə kiçik universitet şəhərciyi deməkdir. Yataqxanalar, elmi tədqiqat laboratoriyaları və bu kimi universitetə aid olan hər şey bu şəhərcikdə yerləşməlidir.

Kampus dedikdə minlərlə tələbənin mütəmadi yaşadığı ərazidən söhbət gedir. Daha sonra asudə vaxtın səmərəli təşkili üçün kampus ətrafında uyğun obyektlər, kafelər, yeməkxanalar, kiçik restoranlar, müəyyən ictimai iaşə obyektləri və mağazalar olmalıdır.

Universitetlərin köçürülməsi sahibkarlıq üçün də böyük perspektivlərə yol açacaq. Kampus hektarlarla ərazi tələb edən bir sistemdir və bu gün şəhərin mərkəzində olan universitetlər buna uyğun deyillər. Qarşıdakı illərdə hələ ki, 2 universitetin mərkəzdən kənara köçürülməsi real görünür. Məhz bundan sonra düzgün monitorinq apararaq bu prosesdə nəyin müsbət, nəyin mənfi olduğunu müəyyənləşdirə bilərik”.

Nuray Məmmədzadə

www.yenicag.az

1739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv