!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Universitetlərin REYTİNQ CƏDVƏLİ: İrəvan Dövlət Universiteti BDU-nu üstələdi - Səbəb nədir?

!Reklam – Yazi

“Universitetlərin beynəlxalq reytinq cədvəlində siyahıya alınmaları üçün müəyyən kriteriyalar var”.

Bu fikirləri dünyanın 31 mindən artıq universitetini əhatə edən “Webometrics” Reytinqinin 2022-ci il üçün açıqlanan ilk cədvəlində İrəvan Dövlət Universitetinin (İDU) Azərbaycan universitetlərindən öndə olmasının səbəbləri haqqında danışan təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Adil Vəliyev qeyd edib ki, İDU Ermənistanın ən köklü universiteti sayılır:

“Əvvəlcə, qeyd edim ki, universitetlərin beynəlxalq reytinq cədvəlində siyahıya alınmaları üçün müəyyən kriteriyalar var. Bu kriteriyalardan xarici tələbə-müəlim sayını, universitetdə çalışan müəllimlərin elmi dərəcələri, əməkdaşların beynəlxalq jurnallarda dərc etdirdikləri məqalələr, istinadlar və s. göstərə bilərik. Çox təəssüf ki, İrəvan Dövlət Universitetinin saytına (ysu.am) daxil olmaq olmur. Ancaq araşdırmama görə, bu universitet Ermənistanın köklü universiteti sayılır və orada 25 akademik, 130 professor, 700 dosent və professor-müəllim çalışır. Universitetdə 400 tədqiqatçı, 300 xaricdən gəlmiş tələbə var. Onların göstəriciləri bizdən yuxarıdır.

Bakı Dövlət Universitetinin reytinq cədvəlində yer almış Azərbaycan universitetləri arasında birinci olması nobel mükafatı laureatı Lev Landau kimi məzununun olması və say etibarilə daha çox müəllim-professor heyətinin olması ilə bağlıdır”.

Aqil Bəkir

www.yenicag.az

1130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv