!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Unun ucuzlaşması çörəyin qiymətinə təsir edəcək? - İqtisadçı RƏYİ

!Reklam – Yazi

“Çörək xammal olaraq undan hazırlanır və unun qiymətinin düşməsi çörəkbişirmə sexlərində qiymətin azalmasına gətirib çıxara bilər”.

Bunu Azərbaycanda unun qiymətinin düşməsi ilə çörəyin ucuzlaşması ehtimalını şərh edərkən iqtisadçı ekspert Nazim Baydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, çörəyin ucuzlaşması üçün un idxalından əlavə dəyər vergisi götürülməlidir:

“Biz illərboyu çörəkbişirmə sexlərinə inzibati təsirləri görmüşük. Qiymətin bahalaşdırılmaması tələbində sexlərin çörəyin keyfiyyətini və çəkisini azaltdığının şahidi oluruq. Bazar iqtisadiyyatı deyilən dəyərlər var və bu dəyərlərə hamının əməl etməsi lazımdır. Təəsüflər olsun ki, unun idxalından hələ də əlavə dəyər vergisi götürülməyib. Belə olmuş olsa, təbii ki qiymətlər çox ucuzlaşa bilərdi. Un istehsalçıları buğdanı da digər ölkələrdən idxal edirlər. Dövlət Gömrük Komitəsi və Statistika Komitəsinin məlumatlarına görə, çörəkbişirmək üçün istifadə olunan buğdanın 80 faizi Rusiyadan idxal olunur. O zaman nəyə görə buğda əlavə dəyər vergisindən azad edilir, amma un yox? Bu da onu deməyə əsas verir ki, yerli un istehsalçılarına, yəni bəzi şirkətlərə himayəçilik edilir”.

Xatırladaq ki, dünya taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata nisbəti nəzərə alınmaqla Azərbaycanda unun bir tonunun qiyməti 55 manat ucuzlaşıb. “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib.

Qeyd edək ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə – 2024-cü il yanvarın 1-dək ƏDV-dən azad olunub.

Cəvahir

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv