!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Unutdurulan əsgər ölümü ilə bağlı XATIRLATMA: Dövlət Xidmətinin aktual "ciddi yoxlanış" məsələsi - Aqil Bəkir yazır

!Reklam – Yazi

Prezident İlham Əliyevin aprelin 17-də imzaladığı sərəncamla Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi vəzifəsindən azad edilib, onun yerinə Mürsəl İbrahimov təyin edilib. İbrahimovun vəzifəsini layiqincə yerinə yetirəcəyinə ümid edir, sələfinin dövründə olan çatışmazlıqları aradan qaldıracağına inanmaq istəyirəm.

Qoy İbrahimov inancımı doğrultmasında olsun, mən sizə danışım Rəhimovun son dövründə yaşanan və yazdığım hadisədən. O hadisə ki, yazı yayımlandıqdan sonra bizə məsələ ilə bağlı araşdırmanın davam etdiyi və buna çox ciddi yanaşıldığı barədə məlumat verildi, sətiraltı “çox da şey eləməyin” mesajı ötürüldü.

Söhbət “Dövlət Xidmətinə “üçhərfli” çağırışı: 18 yaşlı əsgərin ölümü niyə unutdurulur?” başlıqlı yazımdan gedir. Yazıda 2022-ci ilin 14 dekabrında Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlunun ürəktutmadan vəfat etməsi ilə bağlı aidiyyəti quruma bəzi suallar ünvanlamışdım. Bu suallar həyati olmaqla birlikdə, SHXÇDX-də çağırışçıların əsas problemlərini özündə ehtiva etməkdəydi. Bu problemlərin başında isə tibbi yoxlanış gəlir.

Həmcinslərim biləcəklər, SHXÇDX-nin tibbi yoxlanışları başdansovdu keçirilir, çağırışçılar problemləri dilə gətirdikləri zaman bunlar qulaqardına vurulur, qısacası, ciddilikdən söhbət belə getmir. Hal beləykən, mən də sorğulamışdım: Necə olur ki, yoxlanışdan keçən 18 yaşlı çağırışçıda ürək problemi aşkarlanmayıb? O zaman da yazmışdım, indi də qeyd edirəm: Sual açıq olaraq qalır.

Ancaq açıq qalması ilə heç bir halda razılaşa bilməyəcəyim şey bu məsələnin araşdırılmaması və ictimaiyyətə məlumat verilməməsidir. Yeni rəhbərlikdən isə bunu gözləyirəm, gözləməliyik.

Yeni dönəmdə SHXÇDX-də ciddi yoxlamaların aparılması da zəruridir. Bəhs etdiyim məsələdə günahkar müəyyən edilmir, onu müəyyənləşdirməyə cəhd sezilmir və beləliklə, günahkar cəzasız qalır. Mərhum prezident Heydər Əliyev isə deyib: “Dövlət iki şeydən sarsıla bilər: Günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv