!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ural Federal Universitetində Nizami Gəncəvinin büstü qoyuldu

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biri, dünyada, o cümlədən ölkəmizdə uğurlu məzunları ilə yaxşı tanınan Ural Federal Universitetində (UrFU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirildi.

Yenicag.az xəbər verir ki, tədbirdə UrFU-nun rektoru cənab Kokşarov Viktor Anatloyeviç, Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini xanım Berq Lyudmila Nikolaevna, baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Ural Humanitar İnstitutunun direktoru xanım Elvira Evaldovna Simanyuk, büstün müəllifi, Ural Dövlət Rəssamlıq Akademiyasının professoru xanım Valentina Stepanovna Sokolova çıxış edərək, ölkələrarası təhsil və mədəni-humanitar əlaqələrin inkişafından, bu əlaqələrin dərinləşməsində ədəbiyyat və incəsənətin böyük əhəmiyyətindən, bu kontekstdə UrFU-nun Azərbaycanşünaslıq Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünun qoyulmasının əlamətdar hadisə olduğundan bəhs ediblər.

Açılış mərasimində dahi Nizaminin əsərləri universitet tələbələrinin ifasında Azərbaycan və rus dillərində səsləndirilib.

    

   

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv