!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ürək bulantıları və iştahasızlığın səbəbləri

!Reklam – Yazi

Alimlər səhər yeməyinin vacibliyini xüsusi vurğulayırlar. Lakin buna baxmayaraq bir çoxları səhər qida qəbulundan imtina edirlər. Bunun müxtəlif səbəbləri var.

Yenicag.az xəbər verir ki, başlıca səbəblərdən biri iştahasızlıqdır. Bu zaman insan balaca bir tikəni belə udmağa özünü məcbur edə bilmir. Bəziləri hətta səhər hiss olunan ürək bulantılarından da şikayət edir. Bu da insanı yemək fikrindən daşındırır.

Bu simptomlar nəyin əlamətidir?

İştahasızlıqla yanaşı ürək bulantıları varsa həkim müayinəsindən keçmək mütləqdir.

Mütəxəssislərin fikrincə bu simptomlar qastrit, öd kisəsi problemləri kimi bir sıra mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Belə olduqda terapevt və ya qastroenteroloq və USM müayinələrindən keçmək, eləcə də qanın bio-kimyəvi tərkibini yoxlamaq lazımdır. Ürək bulantılarının ağızda acı tamla müşahidə edilməsi öd kisəsi, turşuluq, yanma hissi isə mədə problemlərinə işarədir.

Bu səbəblərdən biri də gecə ödün və ya mədə şirəsinin mədəyə və ya qida borusuna axması ilə bağlı ola bilər.

www.yenicag.az

18799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv