!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ürək parçalayan KADRLAR: Əl-Cəzirə telekanalının Qəzzadakı rəhbəri daha bir oğlunu İTİRDİ - VİDEO

!Reklam – Yazi

Qəzza zolağında İsrail-HƏMAS qarşıdurması davam etdikcə, günahsız canlar alır, qanlar tökülür.

Yenicag.az xəbər verir ki, Əl-Cəzirə telekanalının Qəzza zolağındakı ərəb bürosunun rəhbəri Vael Əl Dadu bu gün daha bir ailə üzvünü – oğlunu itirib.

Onun jurnalist oğlu Həmzə Əl Dadu Qəzzada Əl-Məvasi humanitar bölgəsi yaxınlığında İsrailin hava hücumu nəticəsində həmkarı Mustafa Turaya ilə birlikdə öldürülüb.

Xtırladaq ki, hələ oktyabr ayında Vael Əl Dadu həyat yoldaşını, oğlunu, qızını və nəvəsini İsrailin hava hücumu nəticəsində itirmişdi.

Bütün bunlara baxmayaraq, kanalın büro rəhbəri İsrailin hər gün bombardmanları altında olan mühasirəyə alınmış anklav sakinləri haqqında ictimaiyyətə məlumat vermək üçün Qəzzanı tərk etməkdən imtina edib.

Xuraman Etibarlı

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv