!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Urmu gölü problemi: Qarşısını almasaq... – Nigar Ögeday yazır

!Reklam – Yazi

Son bir neçə ildir ki, Güney Azərbaycan ərazisində olan Urmu gölünün quruma təhlükəsi ilə bağlı milyonlarla Azərbaycan türkü həyacan təbili çalır.

Amma nə İrandan, nə də digər dövlətlər və beynəlxalq qurumlardan bununla bağlı bir səs-səmir çıxmır. İki ağac kəsiləndə ayağa qalxan beynəlxalq ekoloji təşkilatlar da sadəcə bir neçə bəyanat verməklə işlərini bitmiş hesab edirlər. Özü də Urmu gölü quruyacağı təqdirdə hansı ekoloji problemlərlə qarşılaşacağımızı bilə-bilə.

Türkiyənin tanınmıış köşə yazarı Volkan Aydəmir deyir ki, Azərbaycanın Güneyində Urmi gölü quruyarsa, 6 milyon insan birbaşa, 15 milyon isə dolayı yolla zərər görəcək. Onun sözlərinə görə, göl quruyarsa, duz fırtınaları bütün bölgənin təbiətinə, kənd təsərrüfatına və heyvanlar aləminə təsir göstərəcək: “Urmi gölü quruyarsa, bölgədəki yaşayış şəraiti məhv olacaq. Göl quruyarsa, baş verəcək duz tufanları qonşu ölkələrə də çatacaq. İraq və Suriya kimi ölkələrdən gələn toz fırtınaları Türkiyəyə də ciddi təsir edir”.

Urmi gölündə 102 ada var. Qurumaq təhlükəsi buradakı canlıları da təhdid edir. Gölün quruması nəticəsində ən mühüm problemlərdən biri də çaqqal, pələng və tülkülərin adalara gələrək nəsli kəsilməkdə olan göldə yasayan sarı maralları ovlamasıdır.

Volkan Aydəmir: Gölün qurudulması ordakı türklərin köçürülməsi üçün İran rejiminin əlinə fürsət verə bilər

V.Aydəmirə görə, bölgədəki türklər gölün quruması ilə bağlı səslərini dünyaya çatdırmaq üçün videolar, kliplər çəkirlər, beynəlxalq təşkilatlara imza toplayıb göndərilirlər: “Ancaq təəssüf ki, onların səsini eşidən, yaxud eşitmək istəyən yoxdur”.

Köşə yazarı hesab edir ki, Urmuu gölünün qurudulmasında rejim maraqlıdır: Belə ki, bununla ordakı türklərin köçürülməsi və demoqrafik dəyişiklik üçün İran rejiminin əlinə fürsət düşə bilər: “Amma unutmasınlar ki, bunun ən böyük zərərini elə İran özü çəkəcək”.

​​​​​​​

“Urmu gölü bir tək ordakı türklərin deyil, fars-molla rejiminin, İran dövlətinin, eyni zamanda Yaxın Şərqin bütün xalqlarının üzləşə biləcəyi ən böyük problemdir. Nə yazıq ki, sosial mediada və digər məcralarda Urmu gölü faciəsilə bağlı sadəcə haştekler yer alır” deyən V.Aydəmirə görə, bu faciənin anlaşılmasında da problem var. Belə ki, onun sözlərinə görə, insanlara Urmunun sadəcə bir göl olmadığını, milyonlarla insanın bir neçə böyük bölgənin, eyni zamanda, təbiət və insanlar üçün yaradacağı dəhşəti çatdırmalıyıq. “İnsanlarımız gələcəyimizin məhv edildiyinin fərqində olmalı, əl-ələ verib bu problemin qarşısını almalıyıq.
Yoxsa çox gec olacaq”, – deyə Volkan Aydəmir vurğulayıb./bakıvaxtı.az/

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv