!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Uşağın şəklini paylaşmaq istismar sayılır” - Cəzası NƏDİR?

!Reklam – Yazi

“Sosial mediada uşağın adından hesab açmaq, onu reklam etmək, gəlir qazanmaq istismar sayılır”.

Yenicag.az xəbər verir ki, bunu uşaqların və valideynlərin sosial mediadan necə istifadə etməsi ilə bağlı fikirlərini səsləndirən Türkiyə Uşaq və Gənclik Psixiatriya Dərnəyi Travma Komissiyasının sədri dos. Dr. Serhat Nasıroğlu deyib.

O bildirib ki, istismar, yaxud sui-istifadə dedikdə ağlımıza yalnız cinsi və ya fiziki zorakılıq gəlir:

“Lakin bu, belə deyil. Sui-istifadə bir çox cəhətdən düşünülməsi lazım olan vəziyyətdir. Uşaqların xüsusilə erkən yaşlarda sosial mediada sıx paylaşılmasına icazə vermək və ya dəstəkləmək, onu hələ hazır olmadığı bir dünya ilə qarşı-qarşıya qoymaq deməkdir.

İstismar məsələsinə gəldikdə isə bu addım hətta övladınızın taleyini çöldə işləyən uşaqdan təhlükəli hala salır və buna görə cəza tətbiq edilməlidir. Uşağı təhsilə həvəsləndirmək, maarifləndirmək lazımdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv