!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Uşaq - əksər ailələr üçün yoxsulluq biletidir” - Dövlət Dumasının üzvü - VİDEO

!Reklam – Yazi

“Övlad sahibi olmaq əksər ailələr üçün yoxsulluğa biletdir”.

Yenicag.az xəbər verir ki, bunu “Moskva danışır” radiostansiyasının efirində Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin deyib.  O bildirib ki, uşaq sahibi olmaq əksər ruslar üçün “yoxsulluğa biletdir”.

Onun sözlərinə görə, ölkə əhalisinin bir hissəsinin mütləq yoxsulluğu demoqrafiyanın problemlərindən biridir.

“Rusiya vətəndaşlarının böyük əksəriyyəti üçün bir uşaq yoxsulluğa, ikinci uşaq isə dilənçiliyə bir tərəfli biletdir. Dövlətin ruslara Şamanın mahnılarından başqa təklif edəcəyi heç nə yoxdur”, –  Delyagin vurğulayıb.

Deputat səhiyyə sektorunda fəlakətin olduğunu da açıqlayıb. Delyaqinin sözlərinə görə, həkimlər ona deyiblər ki, reproduktiv yaşda olan rus qadınlarının 30 faizi tibbi səbəblərdən uşaq dünyaya gətirə bilmir.

“Səhiyyənin optimallaşdırılması və səhiyyənin dəfninə çevrilməsi kontekstində bu, heç kəsi maraqlandırmır”, – deputat hesab edir.

Xuraman Etibarlı

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv