!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq evində böyüyən, 5 ay morqda qalan şəhidimizin anası da, atası da sağ imiş... - FOTOLAR

!Reklam – Yazi

Uşaq evində böyüyən şəhidimiz Əhməd Rajapovun anası tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslam oğlu məlumat verib.

O bildirib ki, yaxınları tapılmadığı üçün 5 ay morqda qalan şəhidimizin həm anası, həm də atası sağ imiş:

“2000-ci ildə Gəncədə anadan olan Rajapov Əmrah Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalmışdı. Yaxın qohumları, ailəsi tapılmadı ki, DNT testi ilə nəşi tanınsın, dəfn edilsin. Elə kimsəsiz kimi də dəfn edildi. Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırıldı”.

O, şəhidimizin anasının həyatı barədə məlumat verib.

“Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndiribmiş. Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılırlar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedir. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilir. Orada böyüyür. Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Bir qızı da var. Amma deyir ki, heç bir sənədim yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı “TikTok” sosial platformasından öyrənib”, – deyə qeyd edib.

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv