!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq evindən xeyirsevərlərə MÜRACİƏT: "Problemimizin həllinə kömək edin" - VİDEO

!Reklam – Yazi

Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanadakı Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evinin rəhbərliyi və uşaqlar Ramazan bayramında xeyirsevərlərə müraciət edib.

Yenicag.az xəbər verir ki, uşaq evinin direktoru Aynurə Xudiyeva xeyirsevərlərin yardımına ehtiyacları olduğunu deyib.

Aynurə Xudiyeva bildirib ki, öz vəsaitləri və xeyirsevərlərin dəstəyi ilə “Nur” uşaq evi üçün 3 mərtəbəli bina tikiblər, ancaq təmir və digər işlər üçün vəsaitləri çatmır:

“Nur” uşaq evində 25 kimsəsiz, valideyin himayəsindən məhrum olmuş uşaqlara himayədərlik edirik. Hazırkı evimiz uşaqlara darlıq edir. Ona görə də yeni bina tikdik. Öz vəsaitimiz və xeyirsevərlərin dəstəyi ilə bina tikilib, yalnız təmir işləri qalıb. Buna da vəsaitimiz çatmır. “Nur” uşaq evi, uşaqlar və öz adımdan Ramazan bayramında xeyirsevərlərə müraciət edib bizim bu problemimizin həllinə kömək etmələrini xahiş edirik. Xalqımızı müqəddəs Ramazan bayramı münasibəti ilə öz adımdan və uşaqlar adından təbrik edirik”.

“Nur” uşaq evinin rəhbərliyinin və uşaqların müraciətini sizə təqdim edirik:

www.yenicag.az

1676
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv