!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq Filarmoniyasından Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert - FOTO

!Reklam – Yazi

Mayın 15-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası ulu öndərə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.

Yenicag.az xəbər verir ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 292 saylı məktəbdə keçiriləcək tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində baş tutacaq.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Şəms” uşaq xoru, Vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblının solistləri maraqlı musiqi nömrələri ilə çıxış edəcək.

Konsertə giriş sərbəstdir.

Cəvahir

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv