!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq qidalarında QİYMƏT ARTIMI: Səbəb nədir? - AÇIQLAMA

!Reklam – Yazi

“Dünya bazarında enerjinin qiymətinin artması Avropadan idxal edilən bütün məhsulların qiymətlərində artıma səbəb oldu”.

Bu sözləri son günlər Azərbaycanda apteklərdə uşaq qidalarının qiymətində artımının səbəblərindən danışarkən iqtisadçı ekspert Samir Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, uşaq qidalarının qiymətində artımın dünya bazarı ilə əlaqədar olduğunu bildirib:

“Son vaxtlar dünya bazarında qiymətlərinin artması müşahidə olunur. Xüsusilə də ərzaq məhsullarında biz bunu görürük. Həmin məhsullar Avropa ölkələrinin istehsalı olduğuna görə oradakı qiymət artımı Azərbaycan bazarına da təsirsiz ötüşmədi.

Avropanın enerji təminatını xaricdən idxal etdiyini bilirik. Dünya bazarında enerjinin qiymətinin artması Avropada inflyasiyaya səbəb oldu. Bu da Avropadan idxal olunun bütün məhsulların qiymətində artıma səbəb oldu. Uşaq qidalarının da daha çox Avropadan Azərbaycana idxal olunduğunu nəzərə aldıqda qiymət artımının səbəbi aydın olur”.

Sadiq Cavadov

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv