!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq tərbiyəsində effektiv METOD: Ən populyar 4 üsul AÇIQLANDI

!Reklam – Yazi

“Valideynlər uşaqlarını idarə etmək istəyirsə, onların bilmədiyi və bilmək istəmədiyi ən gözəl və mükəmməl çıxış yolu onun vicdanına işləməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında valideynlərin uşaq tərviyəsində həyata keçirdiyi metodlar və diqqət olunası məqamlardan danışan psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, “Uşaq tərbiyəsində 4 əsas məşhur metod mövcuddur.

“Birincisi, avtoritar üsuldur. Bu, valideynlərin hökmranlıq etdiyi, onun hər əmrinə övladlarının “hə” dediyi üsuldur. İkincisi, liberal üsuldur. Burada valideyn övladını elə tərzdə böyüdür ki, valideyn uşağı deyil, övlad valideyni idarə edir. Üçüncüsü, qoruyucu üsuldur. Qoruycu ailə övladını elə qoruyur ki, hətta onu iməkləməyə belə imkan vermir, özgüvəni artacaq addımları da atmağa qoymur ki, onun başına nəsə pis hadisə gələ bilər. Dördüncü, demokratik üsuldur. Demokratik ailə dedikdə valideynlə övladın dostyana, bir-birini eşidərək, göz təması quraraq, normal münasibətdə olaraq, idarə olunan ailə sistemi başa düşülür”, – deyə o bildirib.

Ekspert qeyd edir ki uşaq tərbiyəsində ən uğurlu ailə sistemi demokratik ailədir:

“Düşünürəm ki, bunların arasında ən uğurlu tərbiyə metodu və ailə sistemi demokratik ailə modelidir. Lakin bu gün valideynlər uşaqlarını idarə etmək istəyirsə, onların bilmədiyi və bilmək istəmədiyi ən gözəl və mükəmməl çıxış yolu onu vicdanlı yetişdirməkdir. Vicdanı olan uşaqdan heç zaman qorxmaq lazım deyil”.

Mütəxəssis əlavə edib ki, bu gün valideynlərin övladlarından narazılığının əsas səbəbi onların vicdanının yoxsul olması ilə əlaqədardır:

“Bu gün uşaqların davranış pozuntusunun olmasının əsas səbəbi, valideynlərin narazı qaldığı uşaqların əksəriyyətinin vicdanının kasad olmasıdır. Övladlarımızın hər hansı səhv addımında “sən tərbiyəsizsən”, “səndən adam olmayacaq” kimi ifadələr işlətmək əvəzinə, oğlum, yaxud qızım, “sənin bu hərəkətin məni insanlar içərisində çox utandırdığına görə pis oldum” kimi ifadələr işlənsə, daha məqsədəuyğun olar. Dediyim kimi, bir uşağı vicdanlı yetişdirmək qədər uğurlu seçim və metod yoxdur”.

İsmayıl Bakuvi

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv