!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlar arasında yayılan YENİ VİRUS: "Temperatur 41 dərəcəyə qədər yüksəlir" - Həkimdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

Son günlər Azərbaycanda uşaqlar arasında yeni virusun yayıldığı iddia edilir. Valideynlər övladlarının yüksək hərarət, ürəkbulanma, iştahsızlıq kimi hallar yaşadığını bildirirlər.

Uşaqlar arasında rast gəlinən bu xəstəlik mövsümü qrip, yoxsa yeni virusdur?

Məsələ ilə bağlı pediatr Məhsəti Nəcəfova Yenicag.az-a açıqlamasında uşaqlar arasında yayılan xəstəliyin mövsümü virusun əlamətləri olduğunu bildirib.

O, hətta virusa yoluxmuş uşaqların bədən temperaturunun 41 dərəcəyə qədər yüksəldiyini də vurğulayıb:

“Hazırda uşaqlar arasında geniş yayılan bu hallar mövsümü virusun əlamətləridir. Yay aylarında belə qriplər həmişə olub. Sadəcə olaraq son vaxtlar, xüsusilə də koronovirusdan sonra xəstəliklərin sturukturu bir az dəyişib.

Hazırda uşaqlar arasında daha çox müşahidə olunan virus Rotavirus infeksiyasıdır. Bu, mədə və bağırsaqların (rotavirus qastroenteriti) selikli qişasının zədələnməsilə özünü büruzə verən virusdur.

Bu virusla yanaşı uşaqlarda qrip simptomları, kəskin hərarət, öskürək də müşahidə edilir.

Vaxtında həkimə müraciət edilməsə, uşaqların səhhəti üçün ciddi təhlükə yarada bilər. Çünki virusa yoluxmuş bəzi uşaqlarda hərarət 41 dərəcəyə qədər yüksəlir. Ona görə də valideynlərin azyaşlı övladlarının səhhətində xoşagəlməz hallarla qarşılaşdığı anda həkimə müraciət etmələri tövsiyə olunur”.

Sadiq Cavadov

www.yenicag.az

781
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv