!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Uşaqlar ona görə boy atmırlar ki…” – Tanınmış psixoloqdan maraqlı yanaşma

!Reklam – Yazi

İllər ötür, zaman dəyişir. Sözsüz ki, bu dəyişkənlik təkcə təbiətdə deyil, insanların genetikasında da baş verir. Xüsusilə, son 50 ildə insanlar arasında boy ilə bağlı problemə daha çox rast gəlinir. Ən maraqlısı isə bilirsiz nədir? Sən demə, bu problemin kökündə psixoloji məqamlar dururmuş. Məsələyə “Müasir psixologiya mərkəzi”nin direktoru, tanınmış psixoloq Aidə Sübhanın maraqlı yanaşması var:

“Uşaqların boyu ana bətnində artmağa başlayır və yeniyetməlik dövrünün sonuna qədər davam edir. Düzdür, xüsusən xroniki xəstəliklər və yetərsiz qidalanma da boy problemi yaradır.

Amma maraqlıdır ki, boy probleminin səbəbləri sırasında sevgisizlik də yer alır. Belə ki, uzun illər uşaqlarla işlədikdən sonra bu qənaətə gəldim ki, valideynləri tərəfindən sevilməyən, sosial problemləri çox olan ailələrin uşaqlarında boy problemi xüsusən daha çox müşahidə olunur.

Ata-anadan ayrı böyüyən ya da valideynləri ayrılmış uşaqlar xüsusən sevgisiz böyüyürlər. Bu uşaqların boy artımında bir fasilə görünür.

Sevgi görməyən uşaqlar xüsusi qayğı ilə əhatə olunanda isə heç bir dərmandan istifadə etmədən boy problemi yoluna qoyulur.

Çünki bəzi mərkəzlərdə uşağa sevgi, psixoloji dəstək verilir. Sevgi olmayanda böyüməni təmin edən proteinlərdə də dəyişikliklər yaşanır.

Bu səbəbdən də uşaqlarınızı sevin, onlara qəlbinizin hərarətini, diqqətini, mərhəmətini verin. Qoyun onlar sizin ürəyinizin sevgisindən su içsinlər. Necə boy atdıqlarını görəcəksiniz.

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv