!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlarda zərərli vərdiş yaradan SƏBƏBLƏR: “Zorakılığın hökm sürdüyü ailələrdə və...”

!Reklam – Yazi

 

“Valideynlə uşaq arasında rabitənin zəif olması da belə vərdişlərin yaranmasına səbəb ola bilər”.

Bu fikirləri uşaqlarda müşahidə edilən dırnaq yemə vərdişinin yaranma səbəblərini şərh edən psixoloq Zeynəb Əyyubova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uşaqlarda dırnaq yemək vərdişi müxtəlif səbəblərdən yaranır:

“Uşaqlarıda dırnaq yemək vərdişlərinin yaranmasının ən başlıca səbəbi həmin uşaqlarda emosinal boşluğun olmasıdır. Ana ilə atanın bir yerdə xoşbəxt olmaması, ailədəki problemlər, valideynlərin boşanması və bu kimi başqa amillər uşaqlarda emosional boşluq yaradır.

Digər bir məqam isə südəmər dövrdə ananın uşağı süddən qəfil kəsməsidir. Bəzən analar bunu düzgün olmayan metodlarla edirlər. Bunun nəticəsində də uşaqlarda dırnaq yemək kimi vərdişlər yaranır.

Həmçinin qeyd edim ki, şiddətin, zorakılığın, qorxunun hökm sürdüyü ailələrdə və valideynlə uşaq arasında rabitənin zəif olması da belə vərdişlərin yaranmasına səbəb ola bilər”.

Nuray Məmmədzadə

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv