!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqları çarəsizləşdirən “ÖVLAD MODELİ”: “Bəzi ailələrdə valideynlərin hökmranlıq cəhdi...”

!Reklam – Yazi

“Azərbaycanda əksər valideynlər bir övlad modeli yaradaraq uşaqlarını ona uyğunlaşdırmağa çalışırlar”.

Bu fikirləri Azərbaycanda intiharların statistikasında yeniyetmələrin üstünlük təşkil etməsinin səbəbləri haqda danışan psixoloq Zeynəb Əyyubova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeniyetmələrin intihara cəhd etməsinin kökündə onları formalaşdıran ailə modeli dayanır:

“İntihar hallarına müxtəlif yaş qruplarında rast gəlmək mümkündür. Lakin son dövrlərdə Azərbaycanda yeniyetmələrin intihara cəhd etmə hallarının artdığı müşahidə edilir. Bu kimi halların əsas səbəbləri ailədaxili münaqişələr, övlad və valideyn arasında bağların qopmasıdır. Azərbaycanda valideynlərin çoxu bir övlad modeli yaradır və uçaqlarını ona uyğunlaşdırmağa çalışır.

Həmçinin qeyd edim ki, Azərbaycanda demokratik ailələrə çox az rast gəlinir. Demokratik ailə dedikdə, ailə üzvlərinin bir-birini dinləməsi, başa düşməsi və normal rabitənin olması nəzərdə tutulur. Lakin əksər ailələrdə valideynlər övladları üzərində hökmranlıq etmək istəyirlər.

Buna görə də indiki dövrdə yeniyetmələr ailədən uzaqlaşır və yaşadıqları ilk uğursuzluqda, çətin vəziyyətdə belə yollara əl atırlar. Yeniyetməlik həssas yaş dövrü olduğu üçün o dönəmdə valideyn övladı ilə daha çox vaxt keçirməli və zərurət yarandıqda, mütəxəssisdən psixoloji məsləhət almalıdır”.

Nuray Məmmədzadə

www.yenicag.az

1928
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv