!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqları məhvə aparan QİDALAR – Bunlardan uzaq durulmalıdır - Həkimdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Bu gün dünyada hər gün yüzlərcə uşaq haqsızlığın qurbanı olur, amma biz öz əllərimizlə öz uşaqlarımızı həyat təhlükəsi ilə üz-üzə qoyuruq, öz əllərimizlə uşağın immun sistemini məhv edib həyatın ağuşuna atırıq”.

Yenicag.azxəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

O bildirib ki, çipslərin və başqa sintetik çərəzlərin hazırlanmasında trans yağlardan istifadə olunur:

“Trans yağlar, əsasən neft məhsullarından alınır, şirniyyatlar, tortlar, çipslər bu yağla bişdikdə daha cazibədar görünür, qiyməti də ucuz başa gəlir. Avropada bu yağların istifadəsi qadağan olunub. Bu yağlar insan orqanizmində tam parçalanmır, damarların mənfəzini tutub qanın normal hərəkətinin qarşısını alır. Bu yağlardan daimi istifadə edənlərdə başağrısı, halsızlıq, ürəkbulanma baş verir və ən əsası uşaqların yaşıdlarından əqli cəhətdən geri qalmasına səbəb olur. Trans yağlar damar divarına hopub üst-üstə toplanır, sonda belə insanlar infarkt, insult, ateroskleroz kimi xəstəliklərə daha tez tutulurlar. Belə yağlar həm də bağırsaq xovlarının arasında ilişib qalır, bağırsağın filtr qabiliyyətini pozur və beləliklə də immun sistemini məhv edir”.

“Çipsləri süni surətdə dadlandırmaq üçün qlütamatlardan istifadə olunur. Bu maddələr asılılıq törədir, ağız dadını dəyişir və başqa yeməklər insanlara dadsız gəlir, yəni uşaq evdə ananın bişirdiyi heç bir yeməyi sevmir. Əvvəllər valideynlərimiz ərik, alça, əncir qurusu kimi faydalı çərəzləri uşaqların ciblərinə tökərdilər. Uşaqların həyatını korlamamaq üçün sağlam qidalanmaya keçilməsi mütləqdir” , – deyə həkim qeyd edib.

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv