!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqları məktəbə aparan sürücü başından GÜLLƏLƏNDİ - FOTO

!Reklam – Yazi

Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxs uşaqları məktəbə gətirən sürücünü başından güllələyib.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburqda killer vəkilin uşaqlarını məktəbə gətirən sürücüsünə atəş açıb.

Sürücü Özbəkistan əsilli 41 yaşlı Rustambek Aldayevdir. Miqrant ağır yaralansa da, sağ qalıb.
Cinayətin motivləri və şübhəlilərin dairəsi müəyyənləşdirilir. İlkin məlumata görə, Aldayev Sankt-Peterburqda vəkillərdən birinin şəxsi sürücüsü işləyir.

Hadisə fevralın 20-də səhər saatlarında məktəbin yaxınlığında baş verib. Avtomobilin sahibi uşaqları dərsə apararkən, sürücü maşının yanında gözləyib.

Bir nəfər arxadan ona yaxınlaşıb, başına bir dəfə atəş açıb və qaçıb. Yoldan keçənlər onu görüblər. Hadisə yerində ekspertlər mərmi gilizi aşkar ediblər.

Ehtimala görə, cinayətkar çox güman ki, sürücünü sahibi ilə səhv salıb.

Xuraman Etibarlı

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv