!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Uşaqların musiqi zövqünü korlayan VULQAR “MAHNILAR”: “Efirdə ciddi sənətdən danışanda...”

!Reklam – Yazi

“Yazıq müəllimlər gedib musiqi kolleclərində oxuyurlar, sonra da işsiz qalırlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri uşaqlarda musiqi zövqünü formalaşdıran amillərdən danışan tanınmış aparıcı Mətanət Əliverdiyeva deyib.

Aparıcı uşaqların musiqi zövqünün formalaşdırılmasında uşaq bağçalarının üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:

“Biz təbliğatdan danışırıq. Efirdə ciddi sənətdən, Niyazidən, Fikrət Əmirovdan, Tofiq Qulyievdən danışırıq, deyirlər, bu nədir e, qəbul etmirlər. Təbliğata uşaq bağçalarından başlamaq lazımdır.

Bu gün uşaqlarımız hansı musiqini dinləyirlər? Bu şeyləri görürəm, dost-tanışdan eşidirəm. Uşaqlar həmin mahnıları gəlib evdə oxuyanda, ana yazıq qalır mat-məəttəl ki, bu nə mahnıdır uşağım oxuyur?

Əvvəllər bağçalarda musiqi tədris olunurdu, müəllimələr xüsusi proqram əsasında dərs keçirdilər. Amma indi belə deyil. Yazıq müəllimlər gedib musiqi kolleclərində oxuyurlar, sonra da işsiz qalırlar. Bunu da danışmaq lazımdır. Danışırsan, sonra da pis olursan. Musiqi zövqünü uşaq bağçalarından formalaşdırmaq lazımdır”.

Nehru

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv