!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqların nitq pozğunluğunda valideyn SƏHLƏNKARLIĞI: “Övladları ilə ünsiyyətə vaxt ayırmaqdansa...”

!Reklam – Yazi

“Azyaşlılarda nitq inkişafının ləngiməsinin başlıca səbəbi valideyinlərin övladları ilə ünsiyyətə yetirincə vaxt ayırmamasıdır”.

Bu fikirləri uşaqlarda nitq ləngimələrinin səbəblərini şərh edən psixoloq Samirə Bağırova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müasir valideynlər uşaqlarla mümkün qədər çox ünsiyyətdə olmaq əvəzinə, övladlarının başını mobil telefon və planşetlə qatırlar:

“Uşaqlarda nitqin inkişafında ağız boşluğunun, dil və yanaqların aktivliyi önəmlidir. Müxtəlif səslər çıxarmaq, hərfləri ayrıca səsləndirmək, hətta heyvan səslərini təqlid etməklə, uşaqların həm xəyal gücü inkişaf edir, həm də səs və hərflər dilə oturur.

Amma müasir valideynlərin çoxunun buna səbri çatmadığından, uşağın ehtiyac duyduğu söhbət, ünsiyyət, nağıllar ehtiyacı ödənilmir. Valideynlər bunları texnologiyalar və süni intellekt vasitəsilə əvəz edirlər. Bu vasitələrdən istifadə zamanı uşaqlar yalnız nələrisə dinləyə və izləyə bilirlər.

Həmçinin qeyd edim ki, müasir cizgi filmlərində də danışıq az, hərəkətlilik daha çoxdur. Bunları izləyən uşaqların çoxu hiperaktiv və az danışmağa meylli olurlar. Bu da azyaşlılarda əsəb pozğunluğu, gərginlik, depressiya və sair kimi psixi pozğunluqlara gətirib çıxarır”.

Nuray Məmmədzadə

www.yenicag.az

241
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv