!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqların nitqini “bağlayan” aqressiv cizgi filmləri: “Emosiyaların sözlə yox, əsəbi davranışla...”

!Reklam – Yazi

“Müasir gənclərin əsas problemlərindən biri öz fikirlərini sözlə normal ifadə edə bilməmələridir”.

Bu fikirləri cizgi filmlərinin uşaq psixologiyasına təsirlərini dəyərləndirən psixoloq Samirə Bağırova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müasir cizgi filmlərində küskünlük, əsəb və digər duyğular danışaraq deyil, aqressiv darvanışla nümayiş etdirilir:

“Cizgi filmləri azyaşlı uşaqların formalaşmasına ciddi təsir göstərir. Son illərin cizgi filmlərində az qala, hər bölümdə 7-8 dəfə aqressiya, şiddət hallarının təkrarlandığı müşahidə edilir.

Erkən yaşda uşağın qavrayışı birbaşa olduğu üçün onlar hərəkətlərə və rənglərə fokuslanırlar. Ötən dövrlərdə çəkilən cizgi filmləri daha çox nağıllar üzərində qurulurdu və dialoqlarla zəngin olurdu.

Bu isə həmin cizgi filmələrini izləyən uşaqların gələcəkdə emosiyalarını sözlə ifadə etmələrində müsbət rol oynayırdı. Yeni cizgi filmlərində isə sözdən çox hərəkətlilik göstərilir, küskünlük, əsəb və digər duyğular danışılaraq deyil, aqressiv darvanışla nümayiş etdirilir.

Müasir gənclərin əsas problemlərindən biri öz fikirlərini sözlə normal ifadə edə bilməmələridir. Xarici ölkələrin təcrübəli loqopedləri də təsdiq edirlər ki, indiki uşaqlarda funksional pozğunluqlarla əlaqədar səslərin tələffüzündə pozuntular geniş yayılıb”.

Nuray Məmmədzadə

www.yenicag.az

1009
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv