!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqların sağlamlığına risk yaradan HƏDİYYƏ QUTULARI: “O məhsulların tərkibi, istehsal tarixi və...”

!Reklam – Yazi

“Uşaqlara yeni il münasibətilə alınan bəzəkli hədiyyə qutularına çox vaxt keyfiyyətsiz məhsullar doldurulur”.

Bu fikirləri yeni il ərəfəsində marketlərdə satışa çıxarılan uşaqlar üçün hədiyyə qutularındakı məhsulların keyfiyyəti haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, uşaqlara belə hədiyyələr alarkən məhsulların üzərindəki məlumatlara diqqət yetirilməlidir:

“Yeni il ərəfəsində marketlərdə və satış mərkəzlərində uşaqları üçün bir çox məhsullar satılır. Onların əksəriyyəti bəzəkli, rəngarəng, cəlbedici qutularda qablaşdırılır və üzərlərinə populyar cizgi filmlərinin sevilən qəhrəmanlarının təsvirləri həkk olunur.

Bu barədə dəfələrlə danışsaq da, bəzi istehsalçılar hədiyyə qutularını çox vaxt keyfiyyətsiz məhsullarla doldururlar. Belə hədiyyə qutularını alarkən onun içərisində hansı məhsulların olduğu dəqiqləşdirilməli və istehsalçı şirkət haqqında məlumata baxılmalıdır.

Eyni zamanda, qutudakı məhsulların tərkibi, saxlanma şəraiti qeyd olunmalı, məhsulların istehsal tarixi ilə son istifadə müddəti göstərilməlidir. Lakin əksər hədiyyə qutularının üzərində bu məlumatlar tam göstərilmir. Bəzilərində isə qutudakı məhsulların siyahısı verilsə də, onların istehsal tarixi və son istifadə müddəti qeyd olunmur.

Bəzən açıq qida məhsulunun yanında qablaşdırılmayan plasitk və yaxud sintetik tərkibli oyuncaq qoyulur. Bu, əlbəttə ki müəyyən risklər yaradır. Keyfiyyətsiz məhsullardan istifadə etdikdə, xoşagəlməz hallar özünü dərhal büruzə vermir. Müəyyən vaxtdan sonra zərərli təsir özünü göstərdikdə isə bunun hansı məhsuldan qaynaqlandığı bəlli olmur.

Nəzərə almaq lazımdır ki, uşaqların həmin məhsullardan acqarına istifadəsi doğru deyil. Paketlenmiş məhsulların hər birinə uzun müddət xarab olmaması üçün müəyyən kimyəvi qatqılar əlavə edilir. Bu səbəbdən, o məhsulları acqarına qəbul edən uşaqlarda kimyəvi maddələrə qarşı allergik reaksiyalar yarana, yaxud da zəhərlənmələr baş verə bilər.

Son olaraq qeyd edim ki, uşaqlarımızın sağlamlığını düşünürüksə, bu kimi hədiyyələrin əvəzinə, onların zövqünə uyğun və sağlamlığına zərər vurmayan məhsulları özümüz ayrı-ayrı alıb, bu məhsulları bəzəkli qutu şəklində uşaqlara təqdim edə bilərik”

Nuray Məmmədzadə

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv