!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqların sosial şəbəkəyə AXINI: "Pul qazanmaq üçün açılan canlı yayımlarda..."

!Reklam – Yazi

“Qazanc vasitəsi kimi istifadə edilən uşağın dünya haqqında təsəvvürləri dəyişir və nəticədə onlarda mənəvi aşınma gedir”.

Bu fikirləri sosial şəbəkələrdə pul qazanmaq məqsədilə azyaşlı uşaqlardan istifadə hallarına münasibət bildirən professor Əhməd Qəşəmoğlu Yeniçag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə halların artmasının əsas səbəbi ölkənin humanitar siyasətində boşluğun olmasıdır:

“Pul qazanmaq məqsədilə qeyri-etik hərəkətlərə və danışıqlara yol verilməsi ilə yanaşı, uşaqlar da bu fəaliyyətə alət edilir. Belə hallar uşağın sağlam şəxsiyyət kimi yetişməsinə mane olur və onların psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Qazanc vasitəsi kimi istifadə edilən uşağın dünya haqqında təsəvvürləri dəyişir və nəticədə onlarda mənəvi aşınma gedir. Həmin valideynlər böyük məbləğdə pul qazansa belə, itirdikləri daha çoxdur.

Pul qazanmaq üçün açılan canlı yayımlarda uşaqlarından qazanc vasitəsi kimi yararlanan valideynlər 5-10 manata görə övladlarının gələcəyini məhv edirlər.

Düşünürəm ki, belə halların baş verməsinin əsas səbəbi ölkənin humanitar siyasətində boşluqların olmasıdır. O baxımdan, bu sahədə ciddi dəyişikliklərin həyata keçirilməsi zəruridir. Biz yeni nəslimizin fiziki sağlamlığı ilə bərabər, mənəvi zənginliyini də ön planda saxlamalıyıq”.

Nuray Məmmədzadə

www.yenicag.az

1347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv