!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqsız ailələrə qazandırılan ÖVLAD: “Nikahda olan və yuxarı yaş həddi 55-i keçməyən...”

!Reklam – Yazi

“Müvafiq qanunvericiliyin tələblərinə cavab verən şəxslər övladlığa uşaq götürə bilər”.

Bu fikirləri övladlığa uşaq götürmək üçün qanunvericilikdə nəzərdə tutulan tələbləri şərh edən hüquqşünas Vəfa Qədirova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, övladlığa götürmə ilə bağlı qaydalar Ailə Məcəlləsində dəqiq əks olunub:

“Valideynlik hüququna malik, fəaliyyət qabiliyyəti olan, Ailə Məcəlləsində müəyyən edilmiş miqdarda gəlir əldə edə bilən və ağır cinayətlərə görə məhkum edilməmiş şəxslər övladlığa uşaq götürə bilər. Uşağın övladlığa verilməsi zamanı nikahda olan və yuxarı yaş həddi 55-i keçməyən şəxslərə üstünlük verilir.

Bununla yanaşı, həmin tələblər əsasında prosedurlar uğurla həyata keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən övladlığa götürülən uşaq 18 yaşına çatana qədər onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə müntəzəm monitorinqlər aparılır”.

Nuray Məmmədzadə

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv