!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ÜST-dən COVID-19-un yeni ştammı ilə bağlı XƏBƏRDARLIQ

!Reklam – Yazi

Koronavirusun aşkar olunan yeni ştammı daha böyük yoluxma dalğası ilə nəticələnə bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.

“Omicron XBB.1.5” adlanan subvariant artıq 29 ölkədə tapılsa da, daha çoxunda yayıla biləcəyi düşünülür. Məsələn, ABŞ-də cəmi bir neçə həftədən sonra o, mövcud olan digər subvariantları əvəz edib: “Omicron XBB.1.5” ilə bağlı halların sayı 4%-dən 40%-ə yüksəlib. Eyni hadisə Avropa ölkələrində də müşahidə olunub.

Təşkilat, bununla belə, insanlarda yaranmış immunitetə görə xəstəxanaya yerləşdirilmə və ölüm hadisələrinin nə dərəcədə artacağını bilmir.

Qurumun eksperti Maria van Kerkhove onu da vurğulayıb ki, ÜST “Omicron XBB.1.5”in hazırda təsirli olan digər subvariantlardan nə dərəcədə ağır olduğunu hələ araşdırmalıdır və yeni ştammın şiddətinin təhlili üzərində işləyir. Tədqiqatın nəticələri yaxın günlərdə dərc olunacaq.

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv