!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ustad xanəndəni KÜSDÜRDÜLƏR: “Bu mənə ağır zərbə oldu”

!Reklam – Yazi

“Səsim də yerindədir, formam da… Bir sıxıntım var, o da bekar qalmağımdır. Uzun illər çalışdığım Asəf Zeynallı adına Musiqi Kollecindən ayrılmağım mənə ağır zərbə oldu. Bu, bir xanəndə və pedaqoq kimi məni çox incidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında gənc muğam ifaçılarının yetişməsində böyük rol oynayan pedaqoq, Azərbaycan muğamını dünyada təmsil və təbliğ edən ustad xanəndə Sabir Abdullayev doğum günü il bağlı təəssüratlarını bölüşərkən deyib.

İllərin sənətkarı keçdiyi həyat yoluna baxanda bəzən peşman olduğunu da gizlətmir.

“Yetirmələrimin səsi-sorağı bütün dünyaya yayılıb. Ömrümü, həyatımı bu sənətə həsr etdim, amma zəhmətimin bəhrəsini görə bilmədim. İki avara mahnı oxuyub, illərlə populyar da olmaq olardı, amma mən başqa yolu seçdim. Görün, hansı ocaqdan çıxmışam – Vahid Abdullayev, Cabir Abdullayevi kimi sənətdə sözünü demiş xanəndələrin qardaşıyam.

Unudulmaq insanı incidir. Bəzən efirlərə dəvət alıram, sağ olsunlar, amma hətta doğma kanalım olan Az.TV məni yaddan çıxarıb. Hansı ki, mən həmin televiziyada oxuanda, indi məşhurlaşanların çoxu bilmirdi efir nədir?”- xanəndə bildirib.

Xanəndə televiziyalardan da incikliyini dilə gətirib:

“Bütün telekanallarda eyni adamlardır. Artıq telekanallardan da iyrənirəm. Bu gün ümumiyyətlə, telekanallara baxmıram. Yalnız futbol olanda izləyirəm. Soruşursunuz ki, populyarlığı, pulu yox, sənəti seçdiyinizə görə peşmanam, ya yox? Mən də yaxşı pullar qazana bilərdim, amma həyatımı sənətə xidmət etməyə üstünlük verdim. Vahid Abdulalyev, Ağaxan Abdullayevdən sonra pedaqoq yox idi, mən gəldim. Məndən 5-6 ildən sonra Qəzənfər Abbasov, Mənsum İbrahimov və başqaları pedoqoji fəaliyyətə başladı. Bakı musiqi mətəblərində ilk muğam müəllimi mən olmuşam”.

Cəvahir

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv