!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Utilizasiya prosesində YENİLİK: “Dolanışığı həmin maşından asılı olan insanlar..." - Ekspertdən ETİRAZ

!Reklam – Yazi

“Utilizasiya zamanı nəqliyyat vasitələrinin sahiblərini düzgün qiymətləndirmək mütləqdir. Nəzərə alınmalıdır ki, bəzi insanların dolanışığı həmin maşından asılıdır”

Bu sözləri utilizasiya prosesində müəyyən haqqın alınması müzakirələrinə münasibət bildirən nəqliyyat üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, utilizasiya prosesi icra olunan zaman insanların maddi şəraitini düzgün qiymətləndirmək lazımdır:

“Bu barədə hələ ki Milli Məclisdə müzakirələr aparılır. Düşünürəm ki, bu mövzu heç müzakirə edilməməlidir. Çünki vətəndaşı könüllü olaraq utilizasiya prosesinə cəlb etməyə çalışırıq. Digər tərəfdən də onun qarşısında müəyyən öhdəliklər qoymuş oluruq. Nəticədə vətəndaş avtomobildən imtina etmiş ola bilər. Misal olaraq, bu gün cərimə meydançalarında xeyli sayda qəzalı avtomobillər var. Maşın sahibləri də onun arxasınca gəlmir. Səbəb olaraq isə vətəndaşın qarşısında problemlərin yaradılmasıdır. Bunun əksinə prosesi sadələşdirməliyik ki, köhnə avtomobil sahibləri sözügedən proseslərə maraqlı olsun. Həmçinin utilizasiya zamanı nəqliyyat vasitələrinin sahiblərini düzgün qiymətləndirmək mütləqdir. Nəzərə alınmalıdır ki, bəzi insanların dolanışığı həmin maşından asılıdır. Qeyri-obyektiv qiymətləndirmə zamanı onların taleyin ümidinə buraxmaq olmaz. Bu baxımdan proses icra olunarkən qiymətləndirmə mexanizmində şəffaflıq qaçılmazdır”.

Yusif Səmədzadə

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv