!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Utro” jurnalının təqdimat mərasimi keçirildi

!Reklam – Yazi

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə işıqüzü görən “Utro” jurnalının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimat mərasimində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Belarusiyanın ölkəmizdəki səfiri Andrey Ravkov, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev, Milli Məclisin deputatları Novruz Aslan, Ceyhun Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli, Utro.az portalının baş redaktoru Habil Ağazadə, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, eləcə də digər media nümayəndələri iştirak edib.

Onlar ulu öndərin jurnalistlərə qayğısından, eləcə də Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyətindən danışıblar.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli jurnalın yalnız kommersiya məqsədli deyil, siyasi və ideoloji məzmun daşıdığını qeyd edib. Eyni zamanda qonaqlar rusdilli jurnalın davamlı olmasını və təkcə ölkəmizdə deyil, bütün keçmiş SSRİ məkanında yayılmasını arzu ediblər.

Sadiq Cavadov

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv